TİKİNTİ
YAŞAYIŞ VƏ QEYRİ-YAŞAYIŞ OBYEKTLƏRİNİN TİKİNTİSİ
"OMAR NN GROUP" MMC-nin əsas fəaliyyət növü bütün növ obyektlərdə tikinti və quraşdırma işlərinin icrasıdır.
Müəssisəmiz Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş xüsusi razılıq - LİSENZİYA əsasında fəaliyyət göstərir (Qeydiyyat nömrəsi EL-103/2022 28 fevral 2022-ci il).
Evlərin, Villaların, Yüksək mərtəbəli tikililərin, Təhsil , Səhiyyə və digər inzibati binaların tikintisi.
Tikinti – dedikdə yaşayış binalarının, qurğuların, sənaye təyinatlı obyektlərin, körpülərin, tunellərin və başqa mühəndislik əsərlərinin bünövrədən istismara yararlı vəziyyətə gətirilməsi prosesi nəzərdə tutulur.
Tikinti həm iqtisadi inkişafı, həm də əhalinin gündəlik rahatlığını təmin edən ən vacib infrastruktur sektorlarından biridir.
Bu sahə insan həyatına tamamilə təsir edən və onu maraqlandıran bir sahədir. Müntəzəm olaraq müasir tələblər qarşısında qalan tikinti sahəsi daim inkişafa doğru irəliləyir.
Həm standart, həm də fərdi tikinti işlərində artan inkişaf rahatlıq, ətraf mühitin təmizliyi və iqtisadi istismar (məsələn, enerji istehlakını azaltmaq) yolunda da yeni yaranan materiallar sayəsində üstünlüklər əldə edilir.
Eyni zamanda yeni materialların istifadəsi əvvəllər mövcud olmayan yeni memarlıq və dizayn həllərini təklif etməyə də imkan yaradır.
“OMAR NN GROUP” MMC şirkəti olaraq bu xidməti yüksək professionallıqla göstəririk. Bu işdə müştərinin istəklərini nəzərə alaraq, bütün təhlükəsizlik hallarını gözdən keçirərək, yüksək keyfiyyətli bir tikinti işlərini ərsəyə gətiririk.
İşimizdə professional mütəxəssislərlə əməkdaşlıq edirik. Tikililərimizdə yalnız öndə gedən tikinti brendlərinin məhsullarına müraciət edirik. Proses əsasında müştərilərimizi işin gedişatı ilə yaxından məlumatlandırır, onların təkliflərini də nəzərə alırıq.
şirkətimiz fəaliyyəti dövründə 50-dən çox təhsil,səhiyyə,mədəniyyət obyektini yenidən tikib və təmir etmiş,müxtəlif təyinatlı obyektlərin yenidən qurulmasını,təmirini icra etmişdir.